Rapid və blits üzrə dünya çempionatının builki qalibləri hərəyə 350 min dollar mükafat qazanacaqlar | |
Sankt-Peterburqda keçiriləcək rapid və blits üzrə 2018-ci il dünya çempionatının qalibləri hərəyə 350 min dollar məbləğində mükafat qazanacaqlar. Bu barədə Rusiya Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qadın turnirinin qalibləri isə hərəyə 150 min dollar əldə edəcəklər. Yarışların mükafat fondu, ümumilikdə, 1 milyon dollardır. Dekabrın 25-dən 31-dək keçiriləcək Sankt-Peterburq turnirində şahmatçılar üçün xüsusi viza rejimi təşkil edilib. Rapid üzrə hazırkı dünya çempionu hindistanlı qrossmeyster Vişvanatan Ananddır. Blits üzrə dünya çempionu isə şahmat tacının sahibi norveçli Maqnus Karlsendir. Qadınlar arasında 2017-ci ildə rapid üzrə turnirdə klassik şahmat üzrə dünya çempionu çinli Tszyuy Ventszyun qalib gəlib, blits turnirində isə birinci yeri gürcüstanlı Nana Dzaqnidze tutub. |
|
Xəbər 856 dəfə oxundu. |
|
|