Denis Silva “Keşlə”də 100-cü oyununa çıxdı | |
Braziliyalı müdafiəçi Denis Silva “Keşlə”nin heyətində 100-cü çempionat matçını keçirib. Bu yubiley Topaz Premyer Liqasının XIII turuna təsadüf edib. O, arxada qalan müddətdə 4 qol vurub. İndiki klubunda 4-cü mövsümünü keçirən Denis 2015/16 mövsümündə 35 (1 qol), 2016/17 mövsümündə 25 (2 qol) dəfə meydana çıxıb. Ötən çempionatda 27 dəfə şans qazanan braziliyalı cari mövsümün 13 matçında 1 dəfə fərqlənib. Qeyd edək ki, Denis klubunun tarixində 100 və daha çox oyun keçirən 13-cü futbolçudur. “Keşlə”nin rekordçusu isə hesabında 205 matç olan Vladimir Levindir. |
|
Xəbər 816 dəfə oxundu. |
|
|