“Azərreyl” voleybol klubu “Challenge Cup”da ilk oyununu keçirib | |
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu “Challenge Cup”da ilk oyununu keçirib. Bakı təmsilçisi 1/16 final mərhələsində Belçikada yerli “Hermes Ostende” klubu ilə qarşılaşıb. “Mister V-Arena”da keçirilən görüş Belçika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu noyabrın 29-da Belçikada keçiriləcək. |
|
Xəbər 979 dəfə oxundu. |
|
|