Qılıncoynadanlarımız İsveçrə Qran-Prisində güclərini sınayıblar
İsveçrənin Bern şəhərində qılıncoynatmanın şpaqa növü üzrə böyüklər arasında Qran-Pri yarışları keçirilib.

Şpaqaçılarımız turnirdə 4 qılıncoynadanla təmsil olunub.

Təmsilçilərimiz həm fərdi, həm də komanda yarışında qüvvələrini sınayıblar. Kənan Əliyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qalib gəlib. Şpaqaçımız pley-offda isveçrəli Bryus Brunolda 12:15 hesabı ilə uduzub.

Qrupda keçirdiyi 6 görüşdən 1-də qalib gələn Barat Quliyev, Ruslan Həsənov və Xalid Əliyev isə mübarizəni erkən başa vurublar.

Komanda yarışında 1/16 finalda Fransa ilə qarşılaşan şpaqaçılarımız rəqibə 16:45 hesabı ilə uduzublar.

Xəbər 869 dəfə oxundu.