“Baku Open” beynəlxalq şahmat turnirinə start verilib
Noyabrın 24-də “Baku Open” beynəlxalq şahmat turnirinə start verilib.

Turnirdə Azərbaycanla yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan olan 156 şahmatçı birincilik uğrunda mübarizə aparır. Turnirin iştirakçılarından 16-sı qrossmeysterdir.

İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Eltac Səfərlidir.

Turnirə dekabrın 2-də yekun vurulacaq.

Xəbər 808 dəfə oxundu.