Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Noyabrın 20-də Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.

Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Beynəlxalq Cüdo Federasiyasının, eyni zamanda, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İki gün davam edəcək yarışda Azərbaycan yığma komandasının üzvləri və 56 cüdo klubundan 500-ə yaxın idmançı qüvvəsini sınayır. Çempionatın birinci günündə kişilər arasında 60, 73, 90, qadınların yarışında isə 48, 57, 70 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Yarışın ikinci günündə kişi cüdoçular 66, 81, 100 və +100 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Qadınların yarışında isə 52, 63, 78 və +78 kiloqram çəki dərəcələrində ən güclülər müəyyənləşəcək.

Xəbər 759 dəfə oxundu.