Azərbaycan idmançıları Gürcüstanda taekvondo üzrə beynəlxalq turnirdə altı medal qazanıblar
Gürcüstanda taekvondo üzrə “Tbilisi Open 2018” beynəlxalq turnirində Azərbaycan idmançıları altı medal qazanıblar.

Turnirə Azərbaycan idmançıları ilə yanaşı, Ukrayna, İran, Gürcüstan və Ermənistandan olan atletlər də qatılıblar.

Turnirdə Şəmkir rayon gənclər və idman idarəsinin Uşaq Gənclər İdman Məktəbinin komandasının üzvlərindən Nihad Vəliyev (61 kq), Sabirə Hüseynli (68 kq), Fatimə Həsənova (33 kq) birinci yerə, Əsli İsayeva (30 kq) ikinci yerə Pərvin Hüseynova və Nərmin Bayramova (hər ikisi 36 kq) üçüncü yerə layiq görülüblər.

Azərbaycan komandası medal sayına görə turnirdə birinci yeri tutub.

Xəbər 1016 dəfə oxundu.