“Sumqayıt” futbol klubunun baş məşqçisinin köməkçiləri müəyyənləşib
"Sumqayıt" futbol klubunun baş məşqçisi Ayxan Abbasovun köməkçiləri müəyyənləşib. Bu vəzifə Elnur Çodarova və U-19 komandasının baş məşqçisi Mehman Yunusova həvalə edilib.

Emil Babayev qapıçılar üzrə məşqçi, Sergey Yankovyi fiziki hazırlıq üzrə məşqçi təyin olunub.

Qeyd edək ki, Ayxan Abbasov noyabrın 14-də "Sumqayıt" FK-nın baş məşqçisi təyin olunub. Onunla 2020-ci ilin sonuna qədər müqavilə imzalanıb.

Xəbər 916 dəfə oxundu.