AFFA-nın əməkdaşı beynəlxalq oyuna təyinat alıb
AFFA-nın hakimlər departamentinin sədri Fritz Stuçlik beynəlxalq oyuna təyinat alıb.

UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) – “Kopenhagen” (Danimarka) oyununun hakim-inspektoru F.Stuçlik olacaq.

Görüş noyabrın 29-da Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Xəbər 766 dəfə oxundu.