Cüdo üzrə paralimpiya milli komandasının üzvləri ilə iclas keçirilib | |
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) kişilərdən ibarət cüdo üzrə paralimpiya milli komandasının üzvləri ilə iclas keçirilib. AMPK-dən bildiriblər ki, Komitənin prezidenti İlqar Rəhimovun sədrlik etdiyi iclasda komandanın baş məşqçisi və idmançılar iştirak ediblər. İclasda noyabrda Portuqaliyada keçiriləcək dünya çempionatına və 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçilərin və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib. İ.Rəhimov milli komandaya verdiyi dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul edilib. Paralimpiyaçı kişi cüdoçulardan ibarət milli komanda Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə noyabrın 13-19-da Portuqaliyanın Odivellas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. |
|
Xəbər 947 dəfə oxundu. |
|
|