Bakıda Avropa Şurası Konvensiyası ilə bağlı tədbir keçirilib
Oktyabrın 15-də Bakıda “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası” ilə bağlı tədbir keçirilib.

Tədbirdə “Avro-2020”nin Bakıda keçiriləcək oyunlarına təhlükəsizlik əməliyyatları hazırlığı ilə əlaqədar Avropa Komissiyasının “Tamaşaçı zorakılığı” üzrə Avropa Konvensiyasının daimi komitəsinin ölkəmizdə məsləhət səfərində olan nümayəndə heyəti, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Gənclər və İdman Nazirliyinin və AFFA-nın əməkdaşları iştirak ediblər.

Xəbər 1050 dəfə oxundu.