Bu gün Peşəkar Futbol Liqasının İntizam Komitəsinin iclası keçirilib | |
Oktyabrın 9-da Peşəkar Futbol Liqasının (PFL) İntizam Komitəsinin iclası keçirilib. İclasda Topaz Premyer Liqasının 7-ci turunda keçirilən oyunlarda futbolçuların qayda pozuntularına görə cərimələrin tətbiq olunması məsələsinə baxılıb. “Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində flaqmanın futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılması ilə əlaqədar bir oyunluq cəzalandırılıb. Klub isə 200 manat məbləğində cərimə olunub. “Zirə” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komandanın baş məşqçisi Sənan Qurbanov oyundan sonra mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat məbləğində cərimələnib. İclasda, həmçinin I Divizionun VI turunda oynanılan bir neçə qarşılaşma ilə əlaqədar da həm futbolçulara, həm də komandalara cərimələr tətbiq olunub. |
|
Xəbər 697 dəfə oxundu. |
|
|