Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü
Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Lənkəran Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayon sakinlərinin şikayət və müraciətlərini dinləyib.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində baş tutan və ümumilikdə 20-ə yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər gənclər, idman və digər sahələri əhatə edib.

İdman sahəsi üzrə edilən müraciətlərə sırasına isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s mövzular daxil olub.

Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay- qış istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Xəbər 1732 dəfə oxundu.