Andreys Rubins “Simurq”dan ayrıldı
Zaqatalanın “Simurq” klubu yarımmüdafiəçi Andreys Rubins ilə qarşılıqlı razılıq əsasında müqaviləsini vaxtından əvvəl ləğv edib. İdman.com.az saytının məlumatına görə, futbolçu 2011-ci ilin sentyabrdan “Simurq”un formasını geyinib və ilk dəfə V turda “İnter”lə oyunda meydana çıxıb.

Mövsüm ərzində 1053 dəqiqə meydanda olan latviyalı futbolçu XII turda “Rəvan”la görüşdə “Simurq”un forması ilə ilk və sonuncu qolunu vurub.
Təcrübəli yarımmüdafiəçi bunadək Azərbaycan çempionatında Bakının “İnter” və Ağdamın “Qarabağ” klubunda forma geyinib.

Xəbər 1499 dəfə oxundu.