Azərbaycan millisi cüdo üzrə dünya çempionatına qələbə ilə başlayıb | |
Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatına qələbə ilə başlayıb. Çempionatın səkkizinci günündə qarışıq komanda yarışları keçirilir. Mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisinin ilk rəqibi Avstriya komandası oldu. Gərgin mübarizə şəraitində davam edən qarşılaşmalar 5:1 hesabı ilə başa çatdı. Bu görüşün qalibi 1/4 finala Yaponiya - Monqolustan cütünün qalibi ilə üz-üzə gələcək. Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi - 57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi - 70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi - 73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi - 90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb. |
|
Xəbər 863 dəfə oxundu. |
|
|