Bakı Beynəlxalq Cüdo Federasiyasının gender bərabərliyinə həsr olunan ilk beynəlxalq konfransına ev sahibliyi edib
Sentyabrın 19-da Bakı Beynəlxalq Cüdo Federasiyasının (IJF) gender bərabərliyinə həsr olunan "Biz birlikdə güclüyük" adlı ilk beynəlxalq konfransına ev sahibliyi edib.

Konfransda çıxış edən IJF-nin prezidenti Maruis Vizer yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O deyib: “İdman sülh və dostluğu tərənnüm edir. Uğur əldə etmək üçün idmançı peşəkar və iddialı olmalıdır. Cüdoda gender balansı tam qorunur. Sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatında biz bunun şahidi olacağıq. Etiraf etməliyəm ki, digər idman növlərindən fərqli olaraq cüdoda bu balans ciddi gözlənilir”.

Sonra IJF-nin gender bərabərliyi üzrə rəhbəri Liza Allan məruzə ilə çıxış edərək bu sahədə həyata keçirilən layihələr, əldə olunan nailiyyətlər və perspektivlər barədə məlumat verib.

Beynəlxalq qurumun inkişaf üzrə direktoru Yamaşita Yasuhiro çıxışında Yaponiya Cüdo Federasiyasının gender bərabərliyinin təmini istiqamətində gördüyü işlərdən danışıb.

Konfrans məruzələrlə davam edib.

Xəbər 769 dəfə oxundu.