Millimiz Türkiyə, İsveçrə və Kipr yığmaları ilə qarşılaşacaq
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası sentyabrın 22-dən 29-dək Bakıda, sentyabrın 29-dan oktyabrın 10-dək Antalyada təlim-məşq toplanışı və Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oyunlar keçirəcək.

Hazırlıq prosesinə Elvira Əsgərzadə (“Təhsil”), Sudə Topçu (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Minarə Gözəlova (“Təhsil”), Ayşən Əhmadova (“Gənclik Şəki”), Cəmilə Hüseynova (“Qubek”), Həqiqət Qasımova (“Təhsil”), Lamiyə Qurbanova (“Qəbələ”), Vüsalə Seyfətdinova (“Gənclik Şəki”), Öznur Tas (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Sona Rəhimova (“Təhsil”), Anna Abulaşvili (“Qəbələ”), Rövşanə Sərdarlı (“Gənclik Şəki”), Aytac Nemətova (“Təhsil”), Beyzanur Aslan (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Nərmin Əhmədli (“Təhsil”), Fidan Abdurrahmanova (“Keşlə”), Bərfin Yılmaz (“Ereğli Gənc Yıldızspor”, Türkiyə), Salome Qasviani, Nino Qurqenidze (hər ikisi “Martve”, Gürcüstan) və Umnisə Əliyeva dəvət olunublar.

Millimiz Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 3-də Türkiyə, üç gün sonra İsveçrə, oktyabrın 9-da isə Kipr seçməsi ilə qarşılaşacaq.

Xəbər 721 dəfə oxundu.