Gənclər arasında ağır atletika üzrə 62 kiloqram çəki dərəcəsində qaliblər məlum olub | |
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir. Çəkisi 62 kiloqrama qədər olan atletlərin mübarizəsində qaliblər müəyyənləşib. Toplam 258 kiloqram (115+143) nəticə ilə Rüstəm Qasımov qızıl medal qazanıb. İkinci yerə 230 kiloqram (105+125) nəticə ilə Elməddin Hüseynov, üçüncü yerə isə 210 kiloqram (96+114) nəticə ilə Murad Əliyev sahib çıxıb. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. |
|
Xəbər 1384 dəfə oxundu. |
|
|