Milli Paralimpiya Komitəsində Məşqçilər Şurasının iclası keçirilib
Milli Paralimpiya Komitəsində Məşqçilər Şurasının iclası keçirilib.

Komitənin prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə iclasda 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar hər bir idman növü üzrə baş məşqçilərin hesabatları dinlənilib.

Sonra görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul olunub.

Xəbər 1071 dəfə oxundu.