Natalya Məmmədova «Rabitə»də qalır
Qadın voleybolçulardan ibarət «Rabitə» klubunun əsas «vuran əli» Natalya Məmmədova daha bir il Bakıda qalacaq. İdman.com.az saytının məlumatına görə, millimizin aparıcı üzvünü Kazan «Dinamo»su ilə «Günəş Vəqf Bank Türk Telekom»un istəməsinə baxmayaraq, o, daha bir il «Rabitə»də qalmağa üstünlük verib. Natalyanın yaxın günlərdə paytaxt komandası ilə 1 illik sözləşməyə imza atacağı deyilir.

Xəbər 1809 dəfə oxundu.