Bakıda keçiriləcək dünya çempionatında Tunisi beş cüdoçu təmsil edəcək
Tunis millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.

Bakı mundialında 5 tunisli cüdoçu tatami üzərinə çıxacaq.

Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Fraj Dhouibi (60 kq), Abdelaziz Ben Ammar (81 kq) və Faisal Caballaha (100 kq-dan yuxarı) şans verəcək.

Qadınların mübarizəsində isə Meriem Bjaoui (63 kq) və Nihel Çeix Rouhou (78 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.

Xəbər 1113 dəfə oxundu.