Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Kosovo ilə oyunu heç-heçə başa çatıb | |
Sentyabrın 7-də futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosovo yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilmiş oyunda Azərbaycan yığmasının start heyətində Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Mahir Mədətov, Urfan Abbasov, Emin Mahmudov, Ruslan Qurbanov, Riçard Almeyda, Ramil Şeydayev, Bədəvi Hüseynov yer alıblar. Kosovo millisinin ilk onbirliyində isə meydana Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova çıxıblar. Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Ola Hobber Nilsen olub. Ona Harald Qronevik, Oskar İsaksen və Simon İtterland kömək ediblər. Espen Andreas Eskas və Tom Harald Haqen əlavə köməkçi hakim funksiyasını yerinə yetiriblər. İlk dəqiqələrdən irəli atılan Azərbaycan milli komandası rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq, birinci hissə qolsuz heç-heçə ilə başa çatıb. Fasilədən sonra daha üstün oyun nümayiş etdirən Azərbaycan milli komandası hücumlarının sayını artırıb. Lakin bu fəallıq da heç bir nəticə verməyib və görüşdə hesab açılmayıb - 0:0. Qeyd edək ki, “D” liqasının üçüncü qrupunda qərarlaşan Azərbaycan millisi növbəti oyununu sentyabrın 10-da səfərdə Malta yığması ilə keçirəcək. |
|
Xəbər 928 dəfə oxundu. |
|
|