Elvinin döyüşünü ABF prezidenti də izləyib | |
Azərbaycan Boks Federasiyasının prezidenti (ABF) Türkiyəyə yollanıb. ABF-nin mətbuat xidmətindən idman.com.az saytına verilən xəbərə görə, Trabzon şəhərinə gələn Kəmaləddin Heydərov lisenziya xarakterli turniri izləyib. O, 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayevin türkiyəli Fateh Kələşlə döyüşünü izləyib. Qeyd edək ki, boksçumuz yerli idmançıya 2 xal fərqlə 16:18 hesabıyla uduzub. |
|
Xəbər 1276 dəfə oxundu. |
|
|