Sankt-Peterburq turnirində Azərbaycan qrossmeysterinin növbəti rəqibi məlum oldu
Sankt-Peterburqda qrossmeyster balı normasında dairəvi turnir davam edir.

Turnirdə Azərbaycan, Rusiya, İran, Özbəkistan, Estoniya və Bolqarıstandan 10 şahmatçı iştirak edir.

Yeddi turdan sonra 5 xal toplamış beynəlxalq dərəcəli usta Şəmsiddin Vohidov (Özbəkistan) hamıdan irəlidədir. Azərbaycan qrossmeysteri Ülvi Bacarani və iranlı Əmirreza Purramezanalı ondan 0,5 xal geri qalır. Rusiyalı Oleq Bıkov və İlya Dujakovun hər birinin aktivində 3,5 xal var.

Səkkizinci turda Ülvi Bacaraninin rəqibi İlya Dujakov olacaq.

Sentyabrın 5-də beynəlxalq turnirin qalibi məlum olacaq.

Xəbər 722 dəfə oxundu.