Badmintonçumuz Ukraynada gümüş medal qazanıb | |
Ukraynanın Xarkov şəhərində badminton üzrə "RSL Kharkiv International 2018" turnirinə yekun vurulub. “International Challange” kateqoriyalı turnirdə ölkəmizi təmsil edən Edi Reski Dviçayo kişi badmintonçuların şəxsi yarışında uğurlu çıxışı ilə yadda qalıb. Mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz yarışın finalınadək irəliləməyi bacarıb. Dviçayo həlledici görüşdə çexiyalı Yan Louda ilə qarşılaşıb. Görüş çexiyalı badmintonçunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, turniri ikinci pillədə başa vuran Edi Reski Dviçayo yarışın gümüş medalını qazanıb. Bu, Azərbaycanın "International Challenge" kateqoriyalı badminton turnirlərdə ilk medalıdır. Turnirə təsnifat mərhələsindən start verən Ezmi Qovimuramadhoni isə mübarizəni 1/8 finalda dayandırıb. “RSL Kharkiv International 2018” turnirində 35 ölkədən 202 badmintonçu medallar uğrunda mübarizə aparıb. |
|
Xəbər 1015 dəfə oxundu. |
|
|