Voleybol üzrə yığmamız Serbiya və Hollandiya komandaları ilə oynayacaq | |
Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığması Yaponiyada keçiriləcək Dünya Çempionatına hazırlıq çərçivəsində Mariborda məşqləri davam etdirir. Yığmamız Sloveniyada bir neçə yoxlama görüşü keçirməyi planlaşdırır. İlkin məlumata görə, bizim voleybolçu qızların rəqibləri Bakıda Avropa Çempionatının finalında çıxış etmiş Serbiya və Hollandiya komandaları ola bilər. Xatırladaq ki, yığmamızın hücumçusu Natalya Məmmədova komandaya qoşulub. O, Yaponiyada keçiriləcək Dünya Çempionatına hazırlığın birinci mərhələsində, habelə bu yaxınlarda Antalyada keçirilmiş “Gloria Cup” turnirində iştirak etməyib. Həmin turnirdə bizim yığmamız üçüncü yeri tutub. |
|
Xəbər 1332 dəfə oxundu. |
|
|