XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib | |
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (ARMPK) qurumun prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə müşavirə keçirilib. Müşavirədə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Komitənin 2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul olunub. AZƏRTAC |
|
Xəbər 1089 dəfə oxundu. |
|
|