Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasındaki rəqibi avqustun 16-da müəyyənləşəcək.

Ağdam təmsilçisi play-off mərhələsində “Şerif” (Moldova) – “Valur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun “Şerif”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki klub avqustun 16-da cavab qarşılaşmasında üz-üzə gələcək.

Ağdamlılar bu cütün qalibi ilə ilk oyunu avqustun 23-də keçirəcəklər. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq.

Qeyd edək, “Qarabağ” klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubunu, ikinci mərhələdə Albaniyanın “Kukesi” komandasını mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsində BATE (Belarusun) səddini keçə bilməyərək UEFA Avropa Liqasında mübarizə aparmalı olub.

Xəbər 930 dəfə oxundu.