Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirirlər
Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığma komandalarının birgə təlim-məşq toplanışı davam edir.

Avqustun 11-də başlayan və bir həftə davam edəcək təlim-məşq toplanışı Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən təşkil olunub.

Təlim-məşq toplanışı yeniyetmələr arasında fiziki-taktiki hazırlığı artırmaq məqsədi daşıyır.

Xəbər 1337 dəfə oxundu.