ABŞ-ın Sent-Luis şəhərində “Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi keçiriləcək
Avqustun 11-dən 15-dək ABŞ-ın Sent-Luis şəhərində “Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi keçiriləcək. Üçüncü mərhələ də əvvəlkilər kimi sürətli şahmat və blits formatında (avqustun 11-dən 13-dək xalların ikiqat hesablanması əsasında rapid, avqustun 14-15-də iki dövrədə blits) olacaq.

Starta qrossmeyster Şəhriyar Məmmədyarov (Azərbaycan), Sergey Karyakin, Aleksandr Qrişşuk (Rusiya), Fabiano Karuana, Uesli So, Hikaru Nakamura (ABŞ), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və təşkilatçıların nominantı Lenyer Dominqes (Kuba) çıxacaq.

Yarışlar dairəvi sistem üzrə keçiriləcək. Rəqiblər avqustun 11-13-də bir dövrə sürətli şahmat (gündə üç tur olmaqla), avqustun 14-15-də isə iki dövrəlik blits-turnirdə oynayacaqlar.

Bu gün yarışların açılış mərasimi keçiriləcək.

Xəbər 948 dəfə oxundu.