Azərbaycan Riqada keçirilən şahmat festivalında təmsil olunur | |
Latviyanın paytaxtında “Riqa Texniki Universiteti Open-2018” turniri başlanıb. Yeddi turnirdən ikisində vaxta nəzarət klassik qaydada aparılır. İsveçrə sistemi üzrə keçirilən bu turnirlər 9 turdan ibarətdir. Əsas turnirdə 35 ölkədən 260 şahmatçı, o cümlədən 25 qrossmeyster iştirak edir. Azərbaycanı festivalda FIDE ustası Vüqar Manafov və Rasim Mehdiyev təmsil edir. Üç turdan sonra A turnirində hərəyə 3 xal toplamış 9 şahmatçı liderlik edir. Otuz səkkiz şahmatçı, o cümlədən Vüqar Manafov onlardan yarım xal geri qalır. Festivalın proqramına klassik şahmatla yanaşı, blits və sürətli şahmat yarışları da daxildir. Qeydiyyatdan keçmiş iştirakçıların sayı 700-dən çoxdur. |
|
Xəbər 957 dəfə oxundu. |
|
|