Bədii gimnastika üzrə “GymBala” beynəlxalq turniri keçiriləcək | |
Azərbaycan Gimnastika Federasiyası yay aylarına bədii gimnastika üzrə beynəlxalq turnirlə yekun vuracaq. Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, avqustun 18-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala” adlı beynəlxalq turnir keçiriləcək. İki gün davam edəcək yarışlarda fərdi proqramda 2011-2013-cü, 2008-2010-cu, 2006-2007-ci, 2003-2005-ci il, qrup hərəkətləri proqramında isə 2011-2013-cü, 2008-2010-cu, 2006-2007-ci və 2003-2005-ci il təvəllüdlü gimnastlar çıxış edəcəklər. Təcrübəli gimnastlarla yanaşı, daha aşağı yaşlı gimnastların da çıxış edəcəyi turnirdə iştirakçılar həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaqlar. Yayın sonuncu gimnastika yarışında Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Macarıstan, Ukrayna və Misirdən olan idmançıların da iştirak edəcəyi gözlənilir. |
|
Xəbər 810 dəfə oxundu. |
|
|