Milli Gimnastika Arenası növbəti milli yarışına hazırlaşır | |
Avqustun 10-dan 12-dək Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək. Turnirlərdə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək. Komanda hesabında mübarizədə isə 2008-2010-cu və 2006-2007-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandalarının, o cümlədən 2008-2010-cu, 2006-2007-ci və 2003-2005-ci yaş kateqoriyalarına aid fərdi gimnastların ən yaxşı nəticələri nəzərə alınacaq. Yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “AyUlduz” Klubu, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Respublika Kompleks İdman Məktəbi, “Zirvə” İdman Klubunu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən 73 gimnast mübarizə aparacaq. Üç gün davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirmələri üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq. |
|
Xəbər 709 dəfə oxundu. |
|
|