Bakıda ikinci beynəlxalq həmrəylik tennis çempionatında cütlüklərin yarışında qaliblər bəlli olub | |
Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatında cütlüklərin yarışlarında da qaliblər bəlli olub. Qız cütlüklərin yarışında həlledici görüşdə Züleyxa Səfərova (Azərbaycan) - Anjelika İsayeva (Rusiya) tandemi qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova dueti ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qırğızıstanlı tennisçilər 2:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Tennisçilərimiz Alina Qavriş-Umayra Həşimova isə turniri üçüncü pillədə başa vurublar. Oğlan cütlüklərin yarışında birinci yer uğrunda görüşdə türkiyəli tennisçilər Bora Başlar və Burakcan Yılmaz Belarus tandemi Yaroslav Şila və Maksim Dubarenkoya 2:0 hesabı ilə məğlub olublar. İraqlı raketka ustaları Ali Casim Davud Suad və Adil Mustafa Abdulkarim Al-Saedi, seneqallı Yannik Lanquina və İraq təmsilçisi Mustafa Faysal Mahmud Al-Saedi isə turnirdə üçüncü olublar. |
|
Xəbər 1840 dəfə oxundu. |
|
|