Bu gün “Qarabağ” ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək | |
İyulun 25-də “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək. Azərbaycan çempionu səfərdə Albaniyanın “Kukesi” komandası ilə üz-üzə gələcək. Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda evdə 0:0 hesabı ilə heç-heçə edərək, növbəti mərhələyə yüksəlib. Albaniya klubu isə iki oyunun nəticəsinə görə Malta “Valletta”sını mübarizədən kənarlaşdırıb (0:0, 1:1). Ağdam təmsilçisi bu matça itki ilə çıxacaq. Komandanın aparıcı futbolçularından Dani Kintana zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək. Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu norveçli Ola Hobber Nilsen idarə edəcək. Tom Harald Qronevik, Qeyr Oskar İsaksen baş hakimin köməkçiləri Kay Erik Stin isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər. |
|
Xəbər 1286 dəfə oxundu. |
|
|