Məmmədyarovlar İsveçrədə şahmat festivalında çıxış edəcəklər | |
Sabah İsveçrənin Bile şəhərində 50-ci şahmat festivalına start veriləcək. Bu festivalın proqramına ACCENTUS Grandmaster Tournament və Master Tournament turnirləri daxildir. İsveçrə festivalında Azərbaycan idmanının şərəfini qrossmeyster Şəhriyar Məmmədyarov qoruyacaq. İki dövrəlik ACCENTUS Grandmaster Tournament turnirində hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2842), Şəhriyar Məmmədyarov (2801), fransız Maksim Vaşye-Laqrav (2779), rusiyalı Pyotr Svidler (2753), çex David Navara (2741) və yerli şahmatçı Niko Georgiadis (2526) qarşılaşacaqlar. İsveçrə sistemi üzrə keçiriləcək Master Tournament turnirində 143 idmançı, o cümlədən 30 qrossmeyster iştirak edəcək. Turnirin proqramına Fişer şahmatı, rapid, blits və digər yarışlar daxildir. Bu turnirdə Azərbaycanı Şəhriyarın bacısı Türkan Məmmədyarova təmsil edəcək. |
|
Xəbər 877 dəfə oxundu. |
|
|