Bakının “Sabah” klubu Təbrizin “Traktorsazi” komandası ilə qarşılaşacaq | |
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Bakının “Sabah” futbol klubunun hazırlıq çərçivəsində qarşılaşacağı daha iki rəqibi bəlli olub. Bakı təmsilçisi iyulun 21-də Türkiyənin “Osmanlıspor”, iyulun 25-də isə İranın “Traktorsazi” (Təbriz) klubunun U-23 komandası ilə üz-üzə gələcək. Xatırladaq ki, “Sabah” Boludakı ilk yoxlama oyununda “Giresunspor”la qarşılaşıb -1:1. Komandamız təlim-məşq toplanışı çərçivəsində son matçını iyulun 28-də Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor”a qarşı keçirəcək. |
|
Xəbər 916 dəfə oxundu. |
|
|