“Rabitə”dən erkən çempionluq
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IX turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil edilmiş görüşlərdə çempion müəyyənləşib. Daim “Bakı”nı üstələyən “Rabitə” bu dəfə də debütantdan üstün olub.

Günün 2-ci oyununda turnir cədvəlində qonşular görüşüb. “Lokomotiv” sabah son turda istirahət etdiyindən, cari çempionatı qələbə ilə başa vurmalı idi. Buna quru hesabla nail olan “dəmiryolçular” tarixində 2-ci dəfə gümüş medal qazanmağını da rəsmiləşdirib.

“Bakı” son turda “İqtisadçı”ya 3:0 hesabı ilə qalib gəlsə belə, “Lokomotiv”dən 1 set geri qalacaq. Deməli, sabah “Bakı”, “İqtisadçı” və “Azerreyl” bürünc medal uğrunda mübarizəyə çıxacaq.


Super Liqa. Qadınlar
14 aprel. Final mərhələsi, IX tur

“Rabitə” – “Bakı” - 3:0 (25:15; 25:17; 25:15)
“İqtisadçı” – “Lokomotiv” - 0:3 (20:25, 26:28, 19:25)

O Q M S T X

1.“Rabitə” 7 6 1 19-5 580-449 18
2.“Lokomotiv” 8 4 4 13-13 551-607 12
3.“Bakı” 7 3 4 9-13 470-488 9
4.“İqtisadçı” 7 2 5 11-16 565-624 8
5.“Azərreyl” 7 3 4 11-16 599-601 7

Xəbər 1153 dəfə oxundu.