Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib | |
Bayıl stadionunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib. Oyunda futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən təşkil olunmuş “Futbol funksionerləri” komandası qarşılaşıb. Görüş 4:4 hesabı ilə başa çatıb. “Təcrübə” komandasının üzvləri Kənan Kərimov və Musa Qurbanov dubl ediblər. “Futbol funksionerləri” komandasının heyətində isə Zaur Hacı-Məhərrəmov, Rəşad Sadıqov, Yunis Hüseynov və Bəxtiyar Osmanov fərqləniblər. |
|
Xəbər 593 dəfə oxundu. |
|
|