Yeni Zelandiya millisi də Bakıya gəlir | |
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Okeaniya zonası üzrə seçmə mərhələsinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, mundiala yeganə vəsiqənin sahibi 4 komandanın dairəvi sistemlə mübarizəsinin son turunda müəyyənləşib. İlk 2 turda qələbə qazananlar – Yeni Zelandiya və Papua Yeni Qvineya milli komandaları qalib adı uğrunda matçda qüvvəsini sınayıb. İlk turda Kuk adalarını 7:0, Yeni Kaledoniya yığması 13:1 hesabı iə darmadağın edən Yeni Zelandiya bu dəfə də rəqibinə aman verməyib. Onlar həlledici matçda 9:0 hesabı ilə qalib gəlib. Bununla da onlar bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinə yüksələn 11-ci komanda olub. Belə ki, onlara qədər mundiala 10 komanda çempionata vəsiqə qazanmışdı. Təşkilatçı kimi final mərhələsinə qatılacaq yığmamızdan başqa buna Asiyadan Çin, KXDR, Yaponiya, Cənubi Amerikadan Braziliya, Uruqvay, Kolumbiya, Afrikadan Qana, Nigeriya, Qambiya nail olub. Final mərhələsinə son 5 vəsiqədən 3-ü KONKAKAF, 2-si Avropa zonası təmsilçilərinin olacaq. Qeyd edək ki, ölkəmizdə oyunlar sentyabrın 22-dək oktyabrın 13-dək keçiriləcək. |
|
Xəbər 997 dəfə oxundu. |
|
|