FIA-nın nümayəndə heyəti Beynəlxalq Olimpiya Komitəsində olub
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti (FIA) Jan Todt başda olmaqla bu qurumun nümayəndə heyəti Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Lozannada yerləşən mənzil-qərargahında olub. Nümayəndə heyəti Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və baş direktoru Kristof de Kepper ilə görüşüb.

tərəflər Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlıq məsələləri, o cümlədən Smart Cities и #3500LIVES proqramı üzrə FIA-nın çoxsaylı təşəbbüslərini müzakirə ediblər.

FIA və BOK 2018-ci il gənclər arasında Olimpiya Oyunlarının keçirilməsində əməkdaşlıq barədə razılığa gəliblər. Görüşdə FIA-nın gender bərabərliyinin təmin edilməsinə və anti-dopinq qaydalarına riayət edilməsinə dair öhdəlikləri də müzakirə olunub.

Jan Todt deyib: “FIA və BOK arasında dinamik inkişaf edən sıx münasibətlər qurulub. Biz gələcək işimiz üçün böyük proqram nəzərdə tuturuq. Bu bizə məqsəd və vəzifələrimizi yeni auditoriyaya çatdırmaq imkanı verəcək”.

Xəbər 650 dəfə oxundu.