Azərbaycanın U-20 komandası Yunanıstan və Makedoniya yığmaları ilə qarşılaşacaq
İyirmi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının may ayı üçün hazırlıq proqramı müəyyənləşib.

Mayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək millimiz ayın sonunadək daha iki qarşılaşmada qüvvəsini sınayacaq. U-20 mayın 24-də və 27-də Bakıda Makedoniyanın U-21 yığması ilə qarşılaşacaq.

Oyunların keçiriləcəyi stadion və başlama saatı hələ dəqiqləşməyib.

Xəbər 758 dəfə oxundu.