Üzgüçülərimiz açıq Slovakiya birinciliyində uğurla çıxış ediblər
Slovakiyanın Jilina şəhərində üzgüçülük üzrə yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakterli açıq birincilik keçirilib.

Yarışda ölkəmizi 9 üzgüçü təmsil edib.

Milli komandamızın üzvü Maksim Şemberev müxtəlif üsulla üzgüçülük yarışlarında 4 qızıl və 1 gümüş medal qazanıb. Həmçinin idmançımız turnirin rekordunu da yeniləyib. Digər üzgüçümüz Fatimə Alkaramova isə 3 qızıl və 2 bürünc medal əldə edib.

Yığmamızın üzvləri Ayan Kələntərova 1 qızıl, 4 gümüş, Alsu Bayramova 2 qızıl, 1 bürünc, Ramil Vəlizadə 3 gümüş, Rəşad Əlquliyev gümüş və Vəli İsrafilov isə bürünc medala yiyələniblər.

Xəbər 1410 dəfə oxundu.