Azərbaycan gimnastı “Baltik halqası” yarışlarının gümüş mükafatçısı olub
Riqadakı Olimpiya İdman Mərkəzində bədii gimnastika üzrə ənənəvi “Baltik halqası” yarışları keçirilib. 19-cu dəfə keçirilən builki turnirdə 18 ölkənin idmançıları iştirak edirdi.

Azərbaycan gimnastı Zöhrə Ağamirova gürzlə hərəkətlərdə ikinci yeri tutub. Qızıl medal ukraynalı Vlada Nikolçenkoya qismət olub.

“Baltik halqası” yarışlarının yekunlarına görə iştirakçılara mükafatlar və medallar təqdim olunmaqla bərabər, həm də Latviyanın tanınmış rəssamlarının əsərləri hədiyyə edilir.

AZƏRTAC

Xəbər 1108 dəfə oxundu.