Gənc taekvondoçularımız “Sofia open” turnirində bir qızıl və bir bürünc medal qazanıblar | |
Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə beynəlxalq turnir keçirilib. Turnirə altı idmançı ilə qatılan gənclərdən ibarət Azərbaycan yığması bir qızıl və bir bürünc medala sahib olub. Komandamızın üzvü Xanoğlan Kərimov (51 kq) “G1” kateqoriyalı yarışda rəqiblərindən üstün olaraq turnirin qızıl medalına layiq görülüb. Onun komanda yoldaşı Bəhruz Quluzadə (48 kq) isə yarımfinaladək irəliləsə də, həlledici mərhələyə yüksələ bilməyib və bürünc medalla kifayətlənib. Turnirin qalibi olan idmançılar 10 reytinq xalı qazanıblar. Gənc taekvondoçularımız turnirə baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə qatılıblar. |
|
Xəbər 1304 dəfə oxundu. |
|
|