Türkiyə kuboku: İstanbul derbisində qazanan olmadı | |
Türkiyə kubokunda yarımfinal mərhələsində növbəti oyun keçirilib. İstanbul derbisində “Beşiktaş” öz meydanında “Fənərbaxça”nı qəbul edib. Gərgin keçən oyunda hakim 3 qırmızı vərəqə göstərib. 101 dəqiqə davam edən matçda “Fənərbaxça”dan Alper və Volkan (qapıcı), “Beşiktaş”dan isə Quarejma qırmızı vərəqə alıb. Hərəyə iki qol vuran tərəflər meydandan 2:2 hesablı bərabərliklə ayrılıb. Beşiktaş”dan qolları Neqredo (14 dəq.) və Talişka (82-ci dəq.), “Fənəbaxça”dan isə Soldado (17-ci dəq.) və Şənər (45+2-ci dəq.) vurublar. Qeyd edək ki, bu komandalar bir neçə gün öncə Türkiyə Super Liqası çərçivəsində qarşılaşmış və “Beşiktaş” 3:1 hesablı qələbə qazanmışdı. |
|
Xəbər 1045 dəfə oxundu. |
|
|