Azərbaycanda Formula-1-in rəsmi rəqəmsal internet kanalı yayımlanacaq | |
Formula-1-in “Liberty Media”dan olan yeni sahibləri qarşıdakı mövsümdə F1 TV rəqəmsal internet kanalını işə salacaqlar. Bu kanalda aylıq 8-12 dollarlıq abunə haqqı ilə Qran-Prinin bütün sessiyalarını və dəstək yürüşlərini canlı izləmək mümkün olacaq. Artıq kanalın yayımlanacağı ölkələrin siyahısı açıqlanıb. Siyahıda Azərbaycan da yer alıb. Kanal ümumilikdə 52 ölkədə yayımlanacaq. Kanal vasitəsilə azarkeşlər, həmçinin yürüşlərin böyük arxivindən də zövq ala biləcəklər. Lakin xidmətin əvvəlcə bütün ölkələrdə istifadəsi mümkün olmayacaq. Rəqəmsal və yeni biznes üzrə direktor Frank Arthofer deyib: “Formula-1 telekanalının işə salınması bizim rəqəmsal yayımımızın baza elementi rolunu oynayacaq. Ödənişli abunə bizim ən sadiq pərəstişkarlarımıza istiqamətləndirilib. Biz qətiyyətlə inanırıq ki, yeni auditoriyanı cəlb etməklə yanaşı, ən sadiq azarkeşlərimizə yüksək xidməti təmin etməliyik. F1 TV-nin yaradılması, sadəcə olaraq, idman yayımlarının zəngin təcrübəsindən istifadə edərək, azarkeşlərə Qran-Pri yarışlarını canlı izləmək üçün ən yaxşı xidmət göstərmək məqsədi daşıyır”. |
|
Xəbər 1346 dəfə oxundu. |
|
|