Azərbaycanda Qış Paralimpiya idman növlərinin yaradılması istiqamətində müzakirələr aparılıb
Fevralın 27-də Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) ölkəmizdə Qış Paralimpiya idman növlərinin yaradılması istiqamətində müzakirələr aparılıb.

Komitənin birinci vitse-prezidenti Natiq Qasımov, vitse-prezident İlham Zəkiyev və baş katib Kamal Məmmədov “Şahdağ” Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov ilə görüşüblər.

Görüşdə Azərbaycanda Qış Paralimpiya idman növlərinin yaradılması məqsədilə martda beynəlxalq ekspertlərin ölkəmizə səfəri barədə qərar qəbul edilib.

Xəbər 1269 dəfə oxundu.