Neymar “Real Madrid”lə matçda oynaya bilər
PSJ-nin futbolçusu Neymar tibbi müayinədən keçib.

Onun sağ topuğunda dartılma və ayaq sümüyündə çat aşkarlanıb. Onun bərpa müddəti barədə məlumat verilməyib.

“Marsel” ilə qarşılaşmanın 79-cu dəqiqəsində PSJ-nin lideri Neymar sıradan çıxıb. Braziliyalı futbolçu oyunun sonlarında ayağını düzgün atmayaraq zədələnib. Həmin vaxt PSJ-nin bütün əvəzetmələri gerçəkləşdirdiyi üçün komanda oyunu 10 futbolçu ilə bitirməli olub. Göz yaşlarını saxlaya bilməyən Neymarı meydandan xərəkdə çıxarıblar.

PSJ-nin baş məşqçisi Unay Emeri futbolçunun “Real”la oyuna qədər sağalacağına inandığını bildirib.

Qeyd edək ki, Neymarın Çempionlar Liqasının 1/8 finalında “Real”la cavab görüşündə oynayacağı iddia olunur.

Xəbər 727 dəfə oxundu.