“Simurq”da biri qayıtdı, üçü getdi | |
“Rəvan”la oyundan sonra “Simurq”un baş məşqçisi Georgi Çıxradze komandaya bir günlük istirahət verib. Dünən istirahət edən futbolçular bu gün Zaqatalada toplaşaraq “Turan”la oyuna hazırlıqlara başlayacaq. 27-ci turda zədələnərək meydanı tərk etməyə məcbur olan İlkin Qırtımov artıq özünü yaxşı hiss edir və bu gündən məşqlərə qatılacaq. Qeyd edək ki, 28-ci tur çərçivəsində aprelin 15-də “Turan”ın qonağı olacaq “Simurq”da kapitan Rasim Ramaldanov və Emin Cəfərquliyev cəzalı olduqlarından, Andrey Rubin isə zədəsini hələ də sağalda bilmədiyindən bu qarşılaşmada forma geyinə bilməyəcək. |
|
Xəbər 900 dəfə oxundu. |
|
|